18 C
Baku
Sunday, September 29, 2024

VÖEN-siz şəxsdən aqro-məhsul alan mağazalar üçün mühüm məlumat – Nə etməlisiz?

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlar bir sıra hallarda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından müxtəlif növ kənd təsərrüfatı məhsulları alırdılar. Bəs yeni qaydalara əsasən alınmış mallar hansı qaydada sənədləşdirilməlidir?

Dövlət Vergi Xidməti bu suala cavab verərək bildirib ki, 1 yanvar 2020-ci ilədək vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mallar alınarkən yalnız “Malların alış aktı” ciddi hesabat blankı tərtib edilirdi. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, malların alış aktı elektronlaşdırılıb. Belə ki, vergi ödəyicisi tərəfindən tərtib olunmuş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda ciddi hesabat blankı olan “Malların alış aktı”nın tərtib edilməsinə zərurət yaranmır.

Malların alışına görə ilkin olaraq kağız daşıyıcıda “Malların alış aktı” tərtib edildiyi halda, həmin alış aktı əsasında malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib olunur.

Qeyd edək ki, Vergi Məcəlləsi, 71-2-ci maddəsi əsas gətirlir.

Son xəbərlər
Digər xəbərlər