Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk yerli avtomobilin təqdimat mərasimində iştirak edib.SUV C seqmentli elektrokrossover və sedan tipli elektromobilin təqdimatı İstanbul yaxınlığındakı Gebze rayonunda baş tutub. Ərdoğan yerli avtomobilin sükanı arxasına da keçib.
Qeyd olunur ki, zavodun tikintisinin 2021-ci ildə başa çatacağı gözlənilir.
Zavod işə başladıqdan sonra ildə 175 min elektromobil istehsalı nəzərdə tutulur.













