Səhiyyə Nazirliyi “Palma-İnşaat” şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 9 milyon 827,067 min manatdır.
Səhiyyə Nazirliyi 2 saylı Sumqayıt şəhər xəstəxanasının tikintisinin birinci mərhələsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsinə təxminən 10 milyon manat yönəldəcək.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu ilin fevral ayında 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Əsaslı təmir işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb






