20 C
Baku
Saturday, October 12, 2024

Qeyri-neft sektoru üzrə ixracatçı şirkətlərin REYTİNQİ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan nümayəndəliyi, “Socar Polymer” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Nine Climate” MMC,  “Global Export Fruits” MMC, “Sun Food” MMC, “Baku Steel Company”, “Azərbaycan Şəkər İstehsalat Birliyi ” MMC, “Natural Fruit” MMC, “Caspian enerji-2020” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “CTS-Agro” MMC,  “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərikimya” İB, “Bakı Neft Maşinqayırma Zavodu” TASC-dir.

Bu ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatla İdarəsi ixracı 205,1 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 mln. dollar və ya 21,5% çoxdur.

90m

8899

Son xəbərlər
Digər xəbərlər