6 C
Baku
Sunday, December 15, 2024

Əhalinin banka qoymağa pulu azalıb

01 may tarixində ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 6 569 881.1 min manat təşkil edib.

Banker.az saytının Mərkəzi Banka istinadən verdiyi xəbərə əsasən, ölkədə 1 ay əvvəl ilə müqayisədə cəlb olunmuş əmanətlər 86 445 min manat və ya 2% azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə cəlb olunmuş əmanətlər 801 601 min manat və ya 14% artıb. Qoyulan əmanətlərin 6 061 635.8 min manatı Bakı şəhərinə, 156 541.6 min manatı isə Abşeron iqtisadi rayonuna aiddir.

Digər regionlarda isə

Aran iqtisadi rayonu – 158 445.2 min manat, Dağlıq Şirvan iqtisadi rayonu- 14 921.7 min manat, Gəncə-Qazax iqtisadi rayonu – 55 601.8 min manat, Quba-Xaçmaz iqtisadi rayonu- 20 278.3 min manat, Lənkəran iqtisadi rayonu- 42 148.6 min manat, Şəki-Zaqatala iqtisadi rayonu- 22 077.9 min manat , Naxçıvan iqtisadi rayonu – 19 200.3 min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər