7 C
Baku
Thursday, December 12, 2024

Dövlət xətti ilə ipoteka kreditləşməsi 35% azalıb

Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 158,6 milyon manat ipoteka krediti verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,8% azalaraq 215,2 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25% azalaraq 150 milyon manata düşüb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 20% azalaraq 80 milyon manat olub.

                                                                                                               Report

Son xəbərlər
Digər xəbərlər