İstanbulun Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkətinin J2-9103 nömrəli Bakı-İstanbul reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.
Təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.
“Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək”, – deyə aviaşirkətin məlumatında bildirilir.
©APA