Azərbaycanda 2016-cı ildə ləğv edilmiş “Bank Standard” QSC-nin kredit (ipoteka) müqaviləsini həyata keçirə bilməyən fərdi şirkətin indi 0,47 hektar torpaq sahəsi üzərində tikilmiş yaşayış kompleksi artıq bir neçə aydır ki, hərraclara çıxarılır.
Banker.az bildirir ki, indi məhkəmə qərarına əsasən 18 noyabr 2019-cu ildə keçirlən hərracda alıcı tapılmayıb. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Böyük Şor küçəsi 6 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisinə həmin tarixdə 1 milyon 511 min manat qiymət qoyulub.
Bu kompleks Hüseynov Tahir Əvəz oğlu adlı – hansı ki, adı “Vüsel” adlı fərdi şirkətlə eyni çəkilən şəxsə məxsudur. T.Ə.Hüseynov 2015-ci ildən “Bank Standard” ilə bu iş üzrə məhkəməsi olmuşdur.
Məlumata əsasən sifarişçi Ədliyyə Nazirliyi hesab olunur.
2019-cu ilin son ayında əmlak kompleksi yenidən hərraca çıxarılıb və əvvəlkindən düz 15 faiz daha ucuz dəyərində. Ucuz şəkildə hərraca çıxarılma səbəbi isə 18.11.2019-cu il tarixə təyin olunmuş 1-ci hərrac baş tutmadığı gətirlib. Sonuncu hərracdan aldığımız məlumata görə, bu əmlak kompleksinin dəyəri 1 milyon 284,35 min manat olmuşdur.
Lakin, bir fakt da var ki, bu əmlakın o vaxtki məhkəmə qərarında dəyəri 1 milyon 203 manat olaraq təyin edilmişdi.