6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın 22 yaşlı şirkəti səhm bazarına girir – Qapalı şəkildə

1997-ci ildən ölkə bazarında fəaliyyət, göstərən telekommunikasiya xidmətləri və məişət texnikası satışını həyata keçirən “İntegral Telekom” MMC ölkəinin səhm bazarına girir, özü də qapalı şəkildə.

Banker.az bunu şirkətin elanına istinadən xəbər verir.

“Şirkət təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir”- deyə elanda bildirilib.

Şirkətin hazırda nizamnamə kapitalı 1000 manat təşkil edir, qanunvericiliyə əsasən isə minimum olaraq 2000 manat nizamnamə kapitalına malik olmalıdr.

Son xəbərlər
Digər xəbərlər