Bakı Dövlət Yol Polisi İdarəsinin rəhbəri işdən çıxarıldı

Daxili işlər naziri Vilayət Eyvazov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbəri Nuşirəvan Səfərovu işdən azad edib.

Banker.az BakuPost-a istinadən xəbər verir ki, o, yaş həddinə görə təqaüdə göndərilib.

Hələlik onun yerinə heç bir təyinat edilməyib.

Qeyd edək ki, Nuşirəvan Səfərov 2010-cu ildən bu postu tuturdu.

Son xəbərlər
Digər xəbərlər