Azərbaycanın xalq artisti, məşhur şoumen Murad Dadaşov Xəzər TV-yə rəhbər təyin edilib.
Bu barədə virtualaz.org-a etibarlı mənbələrdən məlumat verilib.
Bundan əvvəl virtualaz.org xəbər vermişdi ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli telekanalın prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Bu gün Şamxal Həsənli kanalın kollektivi ilə vidalaşıb.