10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan AİB-nin $500 milyon məbləğində kreditindən imtina edib

Cənub Qaz Dəhlizi” (CQD) QSC 2019-cu ildə CQD layihəsinin reallaşdırılması üçün Asiya İnkişaf Bankının $500 milyon məbləğində kreditindən imtina edib.

“2019-cu ildə CQD AİB-nin $500 milyon məbləğində kredit xəttini ləğv edib. Bu zamana qədər kredit vəsaiti sərf olunmayıb”, – maliyyə və neft-qaz bazarlarındakı iki mənbə məlumat verib.

Xəbər verildiyi kimi, AİB-in Direktorlar Şurası dekabrın 7-də “Şahdəniz” qaz yatağının 2-ci mərhələsinə dəstək üçün $1 mlrd. məbləğində kredit ayırıb.

Maliyyə dəstəyinə “Cənub Qaz Dəhlizi” (CQD) QSC üçün özəl sektora $500 mln. vəsaitin ayrılması və əlavə $500 mln. məbləğində kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət CQD tərəfindən cəlb edilən kommersiya kreditlərinə aiddir.

“Cənub Qaz Dəhlizi” (CQD) QSC CQD layihəsinin komponentlərinin səmərəli idarəolunması məqsədilə yaradılıb. Cəmiyyətin kapitalında SOCAR-ın payı 49%, dövlətin payı – 51% təşkil edir.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

Layihənin ümumi dəyəri təxminən $38 milyard təşkil edir.

10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.* “Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur. 

                                                                                                Interfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər