9 C
Baku
Thursday, December 12, 2024

Fransanın aviaşirkəti İran və İraq əraziləri üzərindən bütün uçuşları dayandırıb

Fransanın “Air France” aviaşirkəti İran və İraq əraziləri üzərindən bütün uçuşları dayandırıb.

“Air France” kompaniyasının mətbuat xidmətinin məlumatına görə, bu qərar Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı qəbul edilib.

Xatırladaq ki, yanvarın 8-də Tehran Beynəlxalq Aeroportundan havaya qalxan “Boeing 737” təyyarəsi az sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 170 sərnişin və 10 ekipaj üzvünün hamısı həlak olub. Onların arasında 82 İran, 63 Kanada, 11 Ukrayna, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya, 3 Böyük Britaniya vətəndaşının olduğu bildirilir.

Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800 NG” 2016-cı ildə istehsal olunmuş və sonuncu dəfə 2020-ci il yanvarın 6-da texniki baxışdan keçirilmişdi.

Qəzanın səbəblərini Ukrayna, İran və “Boeing” şirkətinin mütəxəssisləri birlikdə araşdıracaqlar.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər