Çərşənbə axşamı günü İran İslam İnqilabı Keşikçiləri Korpusu, general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas alacağını bildirib.
Banker.az xəbər verir ki, bununla bağlı İrandan qərbdəki Eynül-Əsəd bazasına və Ərbildəki bazaya raket hücumları təşkil olunub. Vaşinqtonun verdiyi məlumata görə, hücum nəticəsində heç kim xəsarət almayıb.
Yaxşın Şərq regionundakı gərginlik, sərmayəçilərin narahatlığına səbəb olub. Belə ki, mövcud vəziyyətin bazarlara təsir göstərəcəyi və hətta müharibə ilə nəticələnə biləcəyi güman edilir.
Hər iki tərəf müharibədə maraqlı olmadıqlarını bildirib.
Bundan əlavə, geosiyasi məsələlər üzrə ekspertlərin çoxu qeyd edirlər ki, İran uzun illər davam edən sanksiyalar nəticəsində İslam Respublikasının iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəifləyib və o, müharibə etməyə hazır deyil.
İran iqtisadiyyatının vəziyyəti ilə bağlı yenilənmiş rəsmi məlumat olmasa da, aşağıdakı qrafiklər ölkənin müharibəyə nə qədər hazır olduğunu göstərir.
İqtisadiyyatın resessiya vəziyyətində olması
Xatırladaq ki, daha əvvəl ABŞ İrana qarşı iqtisadi sanksiyalar tətbiq etmişdir. Bunun səbəbi İslam Respublikasının nüvə proqramını inkişaf etdirməsi idi, bu faktor ölkə iqtisadiyyatına mənfi təsir göstərib.
ABŞ-ın hazırkı prezidenti Donald Tramp, 2018-ci ildə İrana qarşı yeni sanksiyalar tətbiq edib ki, bu da iqtisadiyyatın vəziyyətini daha da pisləşməsinə səbəb olub.
Neft sektorunun ixtisarı
İran neft ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Ölkə iqtisadiyyatının və dövlət gəlirlərinin artım tempi də məhz neft sənayesi ilə bağlıdır.
Buna baxmayaraq, amerikan sanksiyaları arasında neft ticarətinin məhdudlaşdırılması maddəsi də var idi ki, 2018-ci ildə Tramp bu məhdudiyyətləri yenidən bərpa etdi.
BVF-nun analitikləri ölkədə neft sektorunun ixtisarını gözləyirlər.
Ticarətin ixtisarı
Neft ixracının azalması və iqtisadiyyatın digər sektorlarına qoyulan beynəlxalq məhdudiyyətlər (bank, dağ-mədən, dəniz daşımaları sektorları), ölkədə ümumi ticarətin ixtisarı ilə nəticələnib.

İnflyasiya və yaşayışın get-gedə bahalaşması
İran Milli Bankı rial məzənnəsini 42 000 səviyyəsində qoruyub saxlamağa çalışsa da, ABŞ ilə münasibətlərdə yaşanan gərginlik səbəbindən qeyri-rəsmi bazarda ölkənin milli valyutası daha zəif olmuşdur – 140 000 rial.

İşsizlik səviyyəsinin yüksək olması
İqtisadiyyatdakı durğunluqdan (staqnasiyadan) xəbər verən amillərdən biri də işsizlik səviyyəsinin yüksək olmasıdır.

Büdcə kəsirinin artması
İran hökuməti ölkə iqtisadiyyatını gücləndirmək imkanı yoxdur.
Maliyyə problemləri İranın müharibəyə başlamaq imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Lakin buna baxmayaraq, ekspertlər İranın Yaxın Şərq regionundakı amerikan qoşunlarına qarşı aqressiya aktlarını həyata keçirə biləcəyini güman edirlər.









