14 C
Baku
Thursday, November 21, 2024

Diversifikasiya nədir?

Qarşıya qoyulan maliyyə hədəflərinə nail olma baxımından və bu zaman riskləri də minimallaşdırmaq üçün diversifikasiya ən vacib komponentlərdən biridir.

Amma eyni zamanda diversifikasiya sizə itkilərdən tam zəmanət vermir. Diversifikasiyanın həcmindən asılı olmayaraq, yatırımlar risk daşıyır.

Diversifikasiya risk-menecmenti alətidir, o hər hansı bir ayrılıqda götürülmüş istiqrazın və ya qiymətli kağızın ümumi portfelin məhsuldarlığına göstərə biləcəyi mənfi təsiri minimuma endirmək məqsədi ilə, portfel üzrə müxtəlif investisiyaların qarışdırılmasıdır. Diversifikasiya bütün portfel üçün zərər riskini azaldır. Alimlər diversifikasiyanın necə işlədiyini göstərmək üçün mürəkkəb formullara malikdirlər, amma biz onu əyani nümunə əsasında izah edə bilərik.

Belə təsəvvür edək ki, siz elə bir adada yaşayırsınız ki, burada bütün iqtisadiyyat yalnız iki kompaniya üzərində dayanır: onlardan biri çətir satır, digər isə günəşdən müdafiə kremi. Əgər siz bütün portfelinizi yalnız çətir satan kompaniyaya investisiya etsəniz, siz yağış mövsümündə yüksək göstəricilərə malik olacaqsınız, amma çöldə qızmar günəş yandıranda sizin effektivliyiniz (məhsuldarlıq) aşağı düşəcək. Eyni sözləri günəşdən müdafiə kremi ilə bağlı da demək olar. Hava qaynar olanda səhmlər yüksək gəlir gətirdiyi halda, günəş batanda və soyuq havalarda effektivlik azalacaq. Çox güman ki, siz stabil gəlirə malik olmaq istərdiniz. Çıxış yolu hər iki kompaniyaya 50% investisiya etməkdir, onsa siz mövsümü tərəddüdlər əvəzinə, il ərzində sanballı miqdarda gəlir qazanacaqsınız. Sizə ən yaxşı diversifikasiyanı təmin etməyə kömək edəcək 3 metod vardır

  • Sizin investisiya portfelinizin müxtəlif investisiya alətlərinə bölgüsü, məsələn nağd pul, səhm, istiqraz, paylı investisiya fondları, hətta daşınmaz əmlak.
  • İnvestisiya zamanı risk səviyyəsini məhdudlaşdıra bilmirsiniz. Əslində daha ağıllı olardı ki, müxtəlif risk səviyyələri olan investisiyaları seçəsiniz, bu, böyük itkilərin digər sahələrdə kompensasiya olunmasını təmin edir.
  • Müxtəlif sektorlar (sahələr) üzrə qiymətli kağız alın. Bu sahə risklərinin minimuma endirilməsinə imkan verəcək.

Portfel üzrə müxtəlif investisiyaları əhatə edən risklərin idarə edilməsi texnikası. Bu metodikanın mahiyyəti iddia edir ki, müxtəlif növ investisiya portfeli orta hesabla daha çox gəlir verir və daha az risk kəsb edir, nəinki yeganə bir investisiyadan ibarət portfel.

Diversifikasiya portfeldə baş verə biləcək sistemsiz riskləri nizamlamağa çalışır, belə ki, bəzi investisiyaların müsbət göstəriciləri, digərləri ilə bağlı neqativ halları neytrallaşdırmağa imkan verir. Bununla da, deversifikasiyanın faydaları yalnız o zaman effektiv olacaq ki, portfeldəki qiymətli kağızlar yalnız bir sahəyə aid olmasın.

Diversifikasiyanın əlavə bir üstünlükləri xarici qiymətli kağızlara investisiya etmək yolu ilə əldə edilə bilər, çünki onların daxili investisiyalar ilə bağlılığı o qədər də çox deyil. Məsələn ABŞ iqtisadiyyatında iqtisadi tənəzzül olduqda bu Yaponiya iqtisadiyyatına o qədər də təsir etməyəcək. Ona görə də portfeldə yapon investisiyalarının olması amerikadakı tənəzzülə görə itkilərə qarşı balaca təhlükəsizlik yastığı rolunu oyanacaq.

Fiziki şəxs olan və ya təşkilatı – institutsional struktur olmayan investorların əksəriyyətinin büdcəsi məhdud olduğu üçün, kifayət qədər diversifikasiya olunmuş büdcə yaratmaq onlar üçün çətin başa gələ bilər. Təkcə bu fakt son dövrlərdə paylı investisiya fondlarının nəyə görə bu qədər məşhurluq qazandığını izah edir.

Paylı fondda aksiyaların alınması investorlara çox da baha olmayan diversifikasiya mənbəyini təmin edə bilər.

Son xəbərlər
Digər xəbərlər