8 C
Baku
Friday, December 13, 2024

Supermarketlərdə 2 ay ərzində əsas qida yağları bahalaşıb

Azərbaycanda supermarketlərdə bir sıra qida yağlarının qiymətlərində son 2 ay ərzində bahalaşma qeydə alınıb.

Banker.az bildirir ki, söhbət, eyni markada olan məhsullar olmaqla – kərə yağı, marqarin, qarğıdalı yağı və zeytun yağından gedir.

Məsələn, daha çox istifadə olunan 1 kq çəkidə olan “Ancor” yağının dəyəri ötən ilin noyabr ayında 15 manat 60 qəpik təşkil etdiyi halda bu ilin yanvar ayında bahalaşaraq 16 manat 10 qəpik təşkil edib: bu 3,2% bahalaşma olması deməkdir.

1 litirlik “FINAL” qarğıdalı yağı 2 ay öncə 3 manat 47 qəpik olduğu halda, hazırda 4% daha baha, 3 manat 61 qəpik dəyərində böyük marketlərldə satılır.

250 qramlıq marqarin “Möcüzə” yağı 2 ay öncə 87 qəpik təşkil etdiyi halda, supermarketlər əksəriyyəti hazırda bunu 88 qəpiyə (1,1% artım)  ticarət edirlər.

500 ml çəkidə olan “Zeytun” yağı 2 ay ərzində isə, əksinə, 45-50% ucuzlaşmaqla 5 manat 22 qəpiyə düşüb.

Son xəbərlər
Digər xəbərlər