10 C
Baku
Thursday, December 12, 2024

Qubada İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsinə başlanılıb

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda İngiltərə şirkəti ilə əməkdaşlıq çərçivəsində giləmeyvə bitkiləri üzrə yeni layihənin icrasına başlanılıb. Layihənin əsas məqsədi ölkəmizdə İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsi və yeni texnologiyanın tətbiqindən ibarətdir.

İnstitut tərəfindən çiyələk bitkisinin 5 sortu ölkəmizə introduksiya edilib və onlar üzərində tədqiqat işləri aparılır. Hazırda “Kupid”, “Fenella”, “Kristin”, “Flomenko” və “Florens” sortları mütəxəssislər tərəfindən müşahidə olunur.

Yeni texnologiyaya əsasən çiyələk bitkisi tirə üsulu ilə əkilir. Bitkilər tirə üzərində 0,8×0,35 metr sxemində əkilir və damla suvama sistemindən istifadə olunur. Tirələr təxminən 10-15 santimetr hündürlükdə olur. Çiyələk bitkisinin bu üsulla əkilməsi torpağın rütubətini artırır və qış şaxtaları zamanı bitkinin köklərinin donmasının qarşısını alır.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər