Azərbaycanda istehlak kreditlərinin ölkə üzrə kreditləşmədə payında önəmli dəyişiklik baş verib. Ümumi kreditlərin 44%-i istehlak kreditləri təşkil edib, bu öncəki il 41% idi.
1 dekabr 2019-cu il tarixdə ölkə üzrə 15 milyard 116,4 milyon manat ümumi kredit qoyuluşunun 6 milyard 597,5 milyon manatını istehlak kreditlərinin həcmi təşkil edib, bu illik müqayisədə 29% artım olması deməkdir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
İstehlak kreditlərinin 1 milyard 229,8 milyon manatı (ötən ilin eyni dövründə 893,2 mln. manat) qısamüddətli, 5 milyard 367,7 milyon manatı (4 milyard 214,5 milyon) isə uzunmüddətli kreditlər olub.
Kredit təşkilatlarının təqdim etdiyi kreditlərin 5 milyard 775,7 milyon manat və müştərinin gəlir valyutasına uyğun olmaqla (ABŞ dolları, avro və s.) xarici valyutada isə 821,8 milyon manat istehlak krediti verilmişdir.