Ötən ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 2018-ci illə müqayisədə 5% artıb.
Bu barədə Qazaxıstan mediası “Qazaxıstan Dəmir Yolları – Yük daşımaları” şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, 2019-cu ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 3071 ədəd təşkil edib.
Bildirək ki, 2018-ci ildə bu göstərici 2925 ədəd olmuşdu.
O da vurğulanıb ki, 2019-cu ildə qatarların hərəkət sürəti 15% artıb və 1034 km/günə çatıb.
Xatırladaq ki, Çindən Avropaya konteyner qatarları Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiya ərazisindən keçməklə Praqaya (Çexiya) qədər 11,5 min km məsafədə uzanır.
©Report