23 C
Baku
Saturday, September 28, 2024

Avtomobil idxalı 23% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 30 min 576 ədəd avtomobil idxal olunub. 

Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 135 ədəd və ya 23% azdır. Ötən ayla müqayisədə isə 3 min 844 ədəd və ya 14,3% çoxdur. Belə ki, ölkəyə gətirilən avtomobillərin 151 ədədi sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 27 min 444 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2 min 765 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 216 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Zaman.az

Son xəbərlər
Digər xəbərlər