6 C
Baku
Saturday, December 14, 2024

“Bloomberg” dünyanın ən pis valyutasının yeni enişini proqnozlaşdırıb

“Bloomberg” in verdiyi məlumata görə, dünyanın ən pis valyutasını – Argentina pesosu – yeni eniş gözləyir.

Banker.az agentliyə istinadən xəbər verir ki, son iki il ərzində inflyasiyanın öhdəsindən gəlməyə çalışan Argentina pesosu əhəmiyyətli dərəcədə zəifləyib. Xüsusilə, 2018-ci ildə dollar məzənnəsi pesoya qarşı demək olar ki, iki qat artmışdır (18,61 pesodan 37,653 pesoya qədər). Növbəti il ərzində məzənnə daha 59% artaraq 59,87 səviyyəsinə çatmışdır.

2020-ci ilin ilk günlərində Argentina valyutası bir dollar üçün təqribən 60 pesoya bərabər olsa da, BNP Paribas SA-da inkişaf etməkdə olan bazarlar üzrə qlobal strategiyaların rəhbəri Gabriel Gerstein, dünyanın ən pis valyutasının yeni enişini proqnozlaşdırır.  

Qeyd edildiyi kimi, pesonun zəifləməsi prosesi 2020-ci ilin yazında başlaya bilər, ilin sonuna yaxın isə bir dollar 100 pesoya bərabər olacaq. Beləliklə, hal-hazırkı məzənnə daha 40% aşağı düşəcək.

Son xəbərlər
Digər xəbərlər