9 C
Baku
Thursday, December 12, 2024

Bank kartları ilə bağlı cinayət işlərinin sayı açıqlanıb

“Ötən il bank kartları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 1 cinayət işi daxil olub”.

Bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, iş üzrə araşdırılmalar aparılaraq istintaq başa çatdırılaraq məhkəməyə göndərilib:

“Ziyanın ödənilməsi tam təmin edilib və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Bu iş bağlanmış banklarla bağlı olub. Bank sahəsində 57 şəxs barəsində 22 cinayət işi başlanılıb, baxılması üçün məhkəməyə göndərilib.

©Report

Son xəbərlər
Digər xəbərlər