Tədqiqatçılar dünya çümpionatlarının, böyük turnirlərin iş məhsuldarlığına necə təsir etdiyini araşdırmışlar. Nümunə olaraq ABŞ götürülmüşdür. ABŞ-da cari çempionat ərzində əmək məhsuldarlığı hələ ki, hesablanmasa da, 2010-cu ildə keçirilən Dünya kubokunun nəticələrinə görə, ABŞ iqtisadiyyatı 121,7 milyon dollar itirmişdir. Belə ki, 21 milyon amerikalı bir iş günü ərzində 10 dəqiqə televizora baxmışlar.
Amerika Korporativ institutunun iqtisadçısı Sten Foyqer bildirmişdir: Lakin bütün bu məlumatlar əksər əməkdaşların necə işlədiklərini əks etdirmir. İnsanlar iş saatlarında oyuna baxmağı planlaşdırmır, bu spontan olaraq baş verir. Lakin bütün iş gününü futbol qarşılaşmalarına baxan və işini buna görə təşkil edən əməkdaşlar da istisna deyil”.
Əsas olan işdə öz öhdəliklərini və qarşınıza qoyulan tapşırıqları vaxtında yerinə yetirə bildiyinizdir. Əgər bütün şərtlər yerinə yetirilibsə yəqin ki, heç kim əməkdaşının ofisdə televizora baxmağına etiraz etməz.
ABŞ vətəndaşlarının bəxti onda gətirib ki, çempionat Braziliyada keçirilir və saat arasında çox az fərq var. Belə ki, Asiyada yaşayan insanlar oyunları izləmək üçün gecə oyaq qalmalıdırlar.