ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının baş nazirin müavini Lyu Xe ikitərəfli ticarət mübahisələrinin nizama salınması üzrə sazişin birinci mərhələsi üzrə razılaşmanı imzalayıb.
Bu barədə TASS xəbər verir.
Bildirilir ki, bununla bağlı mərasim Ağ Evdə keçirilib. Sazişin detalları hələ açıqlamayıb.
Daha əvvəl Ağ Evin Milli İqtisadi Şurasının başçısı Lourens Kudlou bildirib ki, ABŞ Pekinin ölkələr arasında ticarət razılaşmasının birinci mərhələsində qeyd edilmiş öhdəliklərə tərəfdar olmasına əmin olmaq üçün Çindən idxal edilən bir sıra mallara rüsumları saxlayacaq.
©Report