2 C
Baku
Saturday, December 14, 2024

Meksika dövlətə məxsus təyyarə və helikopterlərin hərrac çıxarılması barədə qərar qəbul edib

Meksika Prezidenti Andres Manuel Lopez Obrador dövlətə məxsus 33 təyyarənin və 39 helikopterin hərrac yolu ilə satılması barədə qərar qəbul edib.

Hökumət satışdan, təxminən, 1 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır.

Məlumata görə, ilk növbədə Prezident Adminstrasiyasının və ordu rəsmilərinin ixtiyarında olan 19 təyyarə və 9 helikopter satışa çıxarılacaq. Növbəti mərhələdə isə Ədliyyə Nazirliyinə məxsus təyyarə və helikopterlər potensial alıcılara təklif olunacaq.

Qeyd edək ki, Meksika prezidenti dövlət məmurlarına xüsusi təyyarələrlə səyahət etməyi qadağan edib. Bir qədər əvvəl dövlət başçısı “Ağ fil” adlandırılan təyyarənin ABŞ-da satışa çıxarılmasına qərar vermişdi.

©Report

Son xəbərlər
Digər xəbərlər