“Əgər kölgə iqtisadiyyatının aradan qaldırılması planlaşmadan asılı olsaydı, o zaman bu çoxdan olmazdı”.
Bunu Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərin suallarını cavablayarkən deyib.
M.Cabbarovun bu gün dövlət sektorunun əsas işə götürən olması ilə bağlı məsələlərə də münasibət bildirib.
Nazir əlavə edib ki, dövlət məşğulluğu təşviq edir: “Ötən il əmək müqavilələrinin qeydiyyatı üzrə dövlət sektorunda 6,6%, özəl sektorda isə 18,3% artım olub. Bu da 3 dəfəyə qədər olan fərqdir”.
©Report