9 C
Baku
Friday, December 13, 2024

Çində 5G rabitəsi üçün orbitə peyk buraxılıb

Çində “Kuaizhou-1A” bərk yanacaqlı daşıyıcı raketi vasitəsilə rabitə peyki orbitə çıxarılıb.

“SpaseTech”ə istinadən xəbər verilir ki, Pekində yerləşən “GalaxySpace” telerabitə şirkətinə məxsus “Yinhe-1” peyki İçəri Monqolustan muxtar bölgəsindəki Jiuquan peyk göndəriş mərkəzindən uğurla qaldırılaraq alçaq orbitə yerləşdirilib.

2016-cı ildə təsis olunmuş “GalaxySpace” şirkəti alçaq orbitə yerləşdirilən peyklər vasitəsilə dünya üzrə 5G və geniş zolaqlı rabitə şəbəkəsini inkişaf etdirməklə məşğuldur. Şirkətin ilk peyki olan 220 kiloluq “Yinhe-1” 10GBps-lik zolaq genişliyində fəaliyyət göstərir. Qarşıdakı dövrdə şirkət 500-1000 km hündürlükdəki orbitlərdə 1000-dək peyk yerləşdirməyi hədəfləyir.

Bütövlükdə 8-ci dəfədir istifadə olunan “Kuaizhou1A” tipli daşıyıcı raketlər Çin Aerokosmik Elm və Sənaye Şirkətinin (CASİC) Raket Texnologiyası Şirkəti (ExPace) tərəfindən istehsal olunub alçaq orbitə 300 kiloyadək yük daşırmağa qadirdir və adətən kommersiya peyklərin göndərilməsində istifadə olunur.

                                                                                                                  Report

Son xəbərlər
Digər xəbərlər