2019-cu ildə “Made in Azerbaijan” brendinin tanıtmağı məqsədilə 11 beynəlxalq sərgilərdə vahid ölkə stendi, 9 ixrac missiyası təşkil olunub.
Bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, ötən il ərzində ixracın təşviqinə 9 mln. manata yaxın vəsait ödənilib: “Həmin ödənilən məbləğ sayəsində 150 mln. ABŞ dollarından artıq məhsulların ixracı stimullaşdırılıb”, – deyə Y. Abdullayev qeyd edib.
©APA