Uqanda 6 Çin şirkətini müqavilə üzrə ölkədə dəmir yolları şəbəkəsini genişləndirmək üçün işləməyə dəvət etməyi planlaşdırır. Bu şirkətlər özlüyündə bir-biri ilə müqavilə uğrunda mübarizə aparır və müqavilənin ümumi dəyəri 8 milyard dollardır. Layihənin həyata keçirilməsi ölkəyə 4 qonşu ölkə ilə ticarət əlaqələrini yaxşılaşdırmaq imkanı verəcək.
Uqanda dövlət nümayəndəsinin bildirdiyinə görə, ölkə Çin höküməti ilə razılığa gəlib və bu razılıq çərçivəsində bu Asiya ölkəsinin şirkətləri layihənin həyata keçirilməsi üçün xüsusi hüquq əldə edirlər. Lakin o tenderdə iştirak edəcək şirkətlərin adlarını açıqlamaqdan imtina edib.
Verilən məlumatlara görə, tender sənədləşməsi 10 iyula qədər hazır ediləcək və tenderə yalnızca Çin şirkətləri dəvət edilib.