2019-cu il ərzində müvəkkil banklara ümumi məbləği 503 milyon manat təşkil edən 7096 sayda müraciət daxil olub, 174 milyon manat məbləğində isə 2652 ipoteka krediti verilib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda bildirilib.
Ötən il ərzində verilmiş kreditlərin 1390 ədədi güzəştli ipoteka kreditlərinin payına düşüb. Dəyəri isə 80 milyon manat təşkil edib.
2019-cu il ərzində 226,5 milyon manat məbləğində (3398 ədəd) ipoteka krediti Fond tərəfindən yenidən maliyyələşdirilib.
Ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 391 milyon manata yaxın olub.
Bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 27883 olub. Bu kreditlərin 436 milyon manatdan çox hissəsini (8839 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.
İpoteka kreditlərindən faydalananların 70%-ə yaxınını gənclər və gənc ailələr təşkil edib, kreditlərin 20%-ə yaxını isə regionlarda verilib.
©Oxu.az