1 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycanda dolların məzənnəsi – 0,70 manat olmalıdır”

“The Economist” jurnalının dərc etdiyi “Big Mac” indeksinə görə, Azərbaycan manatı dollara nisbətdə dəyəri lazımi səviyyədə dəyərləndirilməmiş valyutalar siyahısının ilk beşliyində yer alıb. Manat sözügedən reytinqdə beşinci yerdə qərarlaşıb.

Azərbaycanda “Big Mac”ın qiyməti 3,95 manat və ya 2,32 ABŞ dolları təşkil edir ki, bu da ABŞ-dakı qiymətdən (5,67 dollar) 58,9% aşağıdır. Yəni, manat “Big Mac” indeksinə görə, 58,9% ucuzdur və Azərbaycanda dolların məzənnəsi 0,70 manat olmalıdır.

Manatdan daha yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar sırasında Cənubi Afrika randı (62%), Rusiya rublu (61,2%), Rumıniya leyi (61%) və Türk lirəsi (61%) də yer alıb.

Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveçrə frankı (18,4%) və Norveç kronu olub (5,3%). Onlara ən yaxın lazımi səviyyədə qiymətləndirilməmiş valyuta isə İsveç kronu olub (4%).

©APA

Son xəbərlər
Digər xəbərlər