İnsanların böyük əksəriyyəti söhbətin nədən getdiyini təsəvvür edə bilmir. Çoxları düşünür ki, bu ya hansısa birjadır, ya da azartlı oyundur.
Forex (qısaldılmış – Foreign Exchange Market) –dünya banklararası valyuta bazarının adıdır.
Onun gündəlik dövriyyəsi 3 trilyon dolları ötüb keçir, bu da onu maliyyə sənayesinin ən nəhəng seqmentlərindən birinə çevirir. Burada banklar, sığorta şirkətləri, broker firmaları və özəl sərmayəçilər çalışır, onlar hər hansı valyutanın, qiymətli metalların və xammalın alıcı və satıcılarına çevrilirlər. Lakin Forex bazarında əsas ticarət alətləri – ABŞ dollarları, avro, İsveçrə frankları, Britaniya funt sterlinqləri, yapon ienaları, Avstraliya, Yeni Zelandiya və Kanada dollarları, Cənubi Afrika rendləri, İsrail şekelləri, Sinqapur dollarları, Meksika pesoları, Daniya, Norveç və İsveç kronları və s.-dir. Onların məzənnələri demək olar ki, hər saniyə dəyişir, bu da nəzəri olaraq Forex-də “burada və indi” qazanmaq imkanı verir.
Bu Forex bazarını böhrandan qeyri-asılı edir. Dünya iqtisadiyyatında işlərin pis və ya yaxşı getməsindən asılı olmayaraq valyuta məzənnələri həmişə dəyişir. Əksinə, böhran zamanı Forex daha cəlbedici olur, çünki bir valyutanın digərlərinə nisbətən kəskin enməsi səbəbilə qazanmaq şansı əldə olunur. Forex meydançaları qarşılıqlı əlaqədə olan regional bazarlardır – Vellinqton, Sidney, Tokio, Sinqapur, Honkonq, London, Frankfurt-Mayn, Sürix, Paris, Nyu-York, Çikaqo, Los-Anjeles. Aydındır ki, belə coğrafi səpələnmə Forex bazarının bütün sutka ərzində fəaliyyət göstərməsinə gətirib çıxarmışdır: ticarətdə fasilə yalnız həftə sonları Qrinviç üzrə cümə günü saat 22.00-dən (Amerika birjalarının bağlanma vaxtı) Qrinviç üzrə bazar günü saat 21.00-dək (Yeni Zelandiyada ticarətin başlanma vaxtı).
Forexdə ticarət texnologiyası sadələşmiş olaraq təxminən belədir: Siz təxmin edirsiniz ki, dolların məzənnəsi ienaya nisbətdə qalxacaqdır. Bu sövdələşməyə yatıra biləcəyiniz məbləği seçirsiniz; broker sizə kredit çiyni təklif edir ( məsələn, [100). Bu o deməkdir ki, əgər sizin yatırımınız 100 $ idisə, sövdələşmə 10 000 $-lıq açılır. Bu zaman siz təbii ki, öz 100 $-la risk edirsiniz. Əgər sizin proqnozunuz düzgün çıxırsa, siz müəyyən gəlir əldə edirsiniz – bir neşə dollardan bir neçə yüz dollaradək. Gəlirin kifayət səviyyədə olduğunu güman etdiyiniz anda bu sövdələşməni dayandıra bilərsiniz. Əgər səhv etmisinizsə – öz pullarınızı itirirsiniz. Əlbəttə ki, siz yatırılmış pulların tam itirilməsini gözləmədən də sövdələşməni bağlaya bilərsiniz.
Fiziki şəxsin Forex bazarında işləməsi üçün Qindza və ya Uoll-stritdə ofis açması mütləq deyil. Xüsusi treyderlər brokerlər və ya dilinq mərkəzləri vasitəsilə işləyirlər – telefon, 90-cı illərin sonlarından isə internet vasitəsilə.
Əsas forex-mif
Məhz internet kütləvi Forex yoluxmasına səbəb oldu. Əgər 90-cı illərdə Forex-ə gəlib “cəld milyoner olmaq” çağırışları metro vaqonlarının qapılarında yetimcəsinə yırğalanırdılarsa, bu gün onlara bəlkə də hər bir kütləvi saytda – sosial şəbəkədən tutmuş tanışlıq xidmətlərinədək – rast gəlmək olar. Hansı forex-brokerin özünü reklam etməsindən asılı olmayaraq, bir qayda olaraq onların ideyası birdir: sizin pul probleminiz var? Siz işinizi və ya biznesinizi itirmisiniz? Forex-ə gəlin, burda arxanızı kreslodan ayırmadan kompüter monitoru önündə ani olaraq varlanmaq olar.
Prinsip etibarilə bu doğrudur. Forex bazarının mahiyyəti praktik olaraq ani və tez-tez qazanmaq imkanı verir – sövdələşmələrə qoyulmuş vəsaitlərdən həddən artıq çox. Yalnız bir şərtlə – əgər siz “quşu gözündən vurmusunuzsa”, yəni dünya valyuta bazarında vəziyyətin necə inkişaf edəcəyini öncədən proqnozlaşdıra bilmisinizsə. Müntəxəbat nümunəsi – Corc Sorosun məşhur sövdələşməsinin tarixçəsi. 1992- ci ildə bu məşhur maliyyəçi qərara alır ki, funtun məzənnəsi iqtisadi konyunkturaya uyğun deyil və qaçılmaz olaraq mütləq aşağı enməlidir. Soros Forex bazarında funtun satışı və dolların və alman markalarının alışı üzrə nəhəng sövdələşmələr apararaq nəticədə Forex bazarında ən böyük əməliyyatından 1 ay ərzində 2 milyard dollar qazanmışdır.
Təbii ki, bu tarixçə çox şirin görünür. Öz həqiqiliyinə baxmayaraq, Forex bazarının bir çox neofitləri üçün maliyyə uğursuzluqlarının bilavasitə səbəbinə çevrilir.
Mənim tanışım İqor Forex internet platformasında bütün idarəolunmanı ona göstərdikdən sonra mənə belə bir sual verdi: “Doğrudurmu ki, Forex-də hər ay öz pullarını ikiqat artıra bilərsən?” “Bəli. Xeyr”- deyə mən cavab verdim. İqor çaşqınlıqla qaşlarını qaldırdı. Bəli, ona görə ki, pulları bir aya deyil, bir günə də, hətta bir saata da ikiqat artırmaq olar. Xeyr, ona görə ki, pulsuz pendir ancaq cələdə olur. “Özün fikirləş – mən öz fikrimi İqora çatdırmağa çalışdım – Əgər hər şey belə sadə olsaydı və bir aya öz kapitalını ikiqat artıra bilsəydin, sən 1000 dollar yatırım etməklə bir il sonra 4 milyon dollar əldə edə bilərdin , 96 min dollar da kiçik xərclər üçün. Üç ildən sonra isə Forbes-in birincilik pilləsindən Bill Qeytsi təpiklə vurub salardın. Bəs niyə indiyədək heç kimlə bu baş verməyib? Çox sadə bir səbəbə görə: “Forex bazarında uduzmaq şansları qazanmaq şansları qədərdir”. Layiqli(ləyaqətsizlər haqda – daha sonra) forex-brokerlər hədər yerə öz saytlarında xəbərdarlıq etmirlər: “Xatırladırıq ki, valyuta ticarəti həm böyük maliyyə gəlirləri, həm də böyük potensial risklər daşıyır. Əməliyyatlara itirə biləcəyinizi özünüzə rəva gördüyünüzdən daha çox yatırım etməməyinizi və maliyyə vəziyyətinizi nəzərə almaqla bu risklərin sizin üçün nə dərəcədə əlverişli olub-olmadığını nəzərdən keçirmənizi məsləhət görürük ”.
Necə treyder olmalı?
Əgər hər şeyə rəğmən foreksin müsbət cəhətləri risklərinə nisbətən sizi daha çox cəlb etdisə, sual yaranır- necə foreks-treyder olamalı? Bunun üçün broker şirkətlərindən birinin saytında treyder kimi qeydiyyatdan keçmək və hesab açmaq (foreks-depozit) lazımdır, vəssalam. Foreks- brokerin internet-platformasındakı hesabı adətən bir neçə üsulla doldurmaq olar – bank hesabından köçürmə, plastik kartdan və ya web – pul kisəsindən. Bu yollarla da treyder öz pullarını və ya gəliri hesabdan çıxara bilər.
Broker seçimi bir qədər çətindir. Rusiya bazarında yüzlərlə broker və dilinq mərkəzi fəaliyyət göstərir, həm də çox müxtəlif “kalibrli”- ciddi maliyyə şirkətlərindən şübhəli birgünlük firmalaradək. Burada əsas – səhv etməməkdir. Yeni gələnlərə ciddi reputasiyaya, iş tarixçəsinə, beynəlxalq statusa malik brokerlərdən birini seçmək məsləhətdir. Rusiyanın daha məşhur brokerləri arasında–Alpari, Finam, ForeksKlub, Maxiforex, Profinansservis və digərlərini göstərmək olar. Şirkətin səviyyəsini təxmini də olsa asanlıqla yoxlamaq olar: bunun üçün axtarış sistemində brokerin adını axtarışa vermək və onun haqda rəyləri oxumaq, mass-media və digər istifadəçilərin onlar haqda nə fikirdə olduqlarını görmək olar.
Məsələ mənasız deyil. Fırıldaqçılar və təmiz iş görməyən brokerlər Forex bazarında valyuta alqı-satqısı üçün komissiya (spredlər) ölçülərini artırır, hesabdan pul çıxarışları/qoyuluşları üçün əlavə komissiya haqqları alır, və ən nəhayət sadəcə olaraq müştəriyə pul qaytarmaya bilər və serverlərin yaddaşından müştərinin əməliyyatları haqda məlumatı tamamilə silərək aradan çıxa bilərlər.
Nəhayət son, lakin ən mühüm an – Forex-də ticarət etməyi necə öyrənmək olar? Ümumiyyətlə öyrənmək lazımdırmı? – deyə skeptik əlavə edə bilər. Lazımdır- peşəkarlar belə hesab edir. Bütün risklər, sürət və digər “oxşarlıqlara” baxmayaraq , Forex – kazino deyildir və burada ehtimal nəzəriyyəsi və təsadüfi rəqəmlər generatoru deyil, iqtisadiyyat və maliyyə sənayesinin qanunları keçərlidir. Necə öyrənmək isə – başlayan treyderin öz seçimidir. Özbaşına öyrənmək – foreks haqda yazılanıları oxumaq, sınaq və səhvlər yolu ilə məşq etmək, terminologiyanı öyrənmək və s. mümkündür. Daha ətraflı variant- xüsusi kurslara yazılmaqdır. Bu halda da yaxşı olardı ki, Alpari, Finnam və ya ForeksKlub kimi ciddi brokerlərin təhsil proqramları seçilsin. ”Orta variant” da mümkündür, məsələn, Maxiforex “Təkbətək”distansion təhsil sistemi təklif edir: yeni teyder evdə oturur və şirkətin menecerləri onu tekefon vasitəsilə öyrədirlər. İkinci variantın müsbət cəhətləri – mükəmməllik və digər yeni başlayan treyderlərlə ünsiyyətdə olmaq imkanı. Üçüncü variantın müsbət cəhətləri – təhsilin pulsuz və rahat olması.
NOTA-BENE:
Uorren Baffetin 5 tapşırığı
Yüksək müvəffəqiyyətə malik sərmayəçi- amerikan milyarder Uorren Edvard Baffetin müntəxəbat nümunəsi.
İlk sövdələşməsini o, 7 yaşında həyata keçirmişdir: kiçik Uorren valideynləri tərəfindən hədiyyə olunmuş pullara “Cities Service” şirkətinin 6 səhmini biri 38 $-dan almışdır. Növbəti gün onların qiyməti kəskin enmişdir. Kiçik Uorren elə qorxmuşdu ki, səhmlərin qiyməti 40$-dək artan kimi, onların hamısını sataraq 12$ gəlir əldə etmişdir. Sonrakı ay ərzində isə səhmlərin qiyməti 200 $-a çatmışdı. Ya uşaqlığın bu təəssüratı, ya da maliyyə bazarında çoxillik fəaliyyət təcrübəsi Baffeti sərmayəçinin bir neçə sadə prinsiplərini formalaşdırmasına təhrik etmişdir. Bunlar aşağıdakılardır:
1. Uğura səbrli, bazarı tanıyan və intizamlı şəxslər nail olurlar.
2. Əgər siz sərmayə üçün çox gözəl obyekt tapdığınızı hesab edirsinizsə, mənfi proqnozlora fikir verməyin.
3. Sadəcə pul qoymaq xətrinə sərmayə etməyin. Əgər uyğun obyekt yoxdursa, sadəcə kapitalınızı pulda saxlayın.
4. Özünüz üçün nəyi bilib, nəyi bilmədiyinizi müəyyənləşdirin. Yalnız yaxşı öyrəndiyiniz şeylərə sərmayə qoyun.
5. Heç zaman “borca” pul götürməyin və sərmayə etməyin.
Yeni başlayanlar Forex bazarında necə istiqamətlənməlidirlər.
1. Forex bazarında ticarətə başlarkən kiçik məbləğli sövdələşmələr açın, kiçik itkilərdən qorxmayın və va-banka getməyin.
2. Sövdələşmələri daima açıb-bağlamağa tələsməyin, valyuta bazarında daha əlverişli şəraiti gözləyin.
3. Forex bazarında sövdələşmə açmanın bütün texnikasını tələsmədən öyrənin və sizin üçün ciddi və rahat broker seçin.
4. Əsas maliyyə yeniliklərinə və proqnozlarına diqqət yetirin.
5. Forex bazarına yalnız o məbləği sərmayə edin ki, onu itirməyi özünüzə rəva görə biləsiniz.