7 C
Baku
Sunday, December 15, 2024

“Huawei” şirkəti “Google Maps”in əvəzləyicisini tapıb

Çinin “Huawei” və Niderlandın “TomTom” şirkətləri kartoqrafik məlumatların istifadəsi ilə bağlı razılığa gəliblər.

Çin korporasiyası “TomTom” vasitəsilə smartfonlarda “Google Map”i əvəzləyəcək.

“TomTom”un nümayəndəsi razılaşmanın bir neçə gün öncə əldə olunduğunu bəyan edib. Razılaşmanın detalları açıqlanmır.

Agentliyin məlumatına görə, “Huawei” yeni partnyorun məlumatlarını öz brendi altında istifadə etmə hüququ qazanıb.

“Android Authority” nəşri yazıb ki, razılaşma “Huawei”yə yeni servisi “Huawei Maps” adı altında işə salmaq hüququnu verir.

Xatırladaq ki, Çin və ABŞ arasında olan ticarət müharibəsi fonunda “Google” şirkəti “Huawei” ilə əməkdaşlığı dayandırıb. “Google”un bu addımı atmasının səbəbi isə ABŞ-ın Ticarət Departamentinin “Huawei”in ABŞ-ın milli maraqlarına zidd fəaliyyətlərdə əli olmasını bəyan etməsidir.

©Report

Son xəbərlər
Digər xəbərlər