1 yanvar 2020-ci il tarixdə Azərbaycanda hazır avtomobil benzini məhsulu ehtiyatı 41,6 min tona düşüb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə bu il 42 faiz daha azdır. DSK-nin öncəki rəqəminə əsaslansaq ölkədə hazır benzin məhsulu ehtiyatı 71,7 min ton təşkil edirdi.
2019-cu il ərzində Azərbaycan 1,16 milyon tonun üzərində avtomobil benzini istehsal edilib ki, öncəki il ilə müqayisədə 2,1 faiz azalma olması deməkdir. Məlumat üçün bildirək ki, 2018-ci ildə ölkədə 1,9 milyon ton, 2017-də 1,2 milyon ton və 2016-cı ildə milyon 1,1 milyon ton avto-benzin emal edilmişdi.
Eyni hal, ölkə iqtisadiyyatının əsas “mühərrik” yanacağı olan dizeldə də baş verib. 2020-ci ilin başlanğıcı üzrə göstəriciyə görə, Azərbaycanda 68,7 min tonluq dizel yanacağı ehtiyatı var, öncəki il bu göstərici 80,9 min ton təşkil edirdi. Lakin, bu yanacaqla bağlı hazır məhsul ehtiyatlarının azlığına rəğmən istehsalı öncəki illə müqayisədə 8 faiz artaraq 2,1 milyon tonu ötüb ki, bu da 2016-cı ildəki 2,3 milyon tonluq rəqəmə bir qədər yaxınlaşması deməkdir.