“NBC Bank”ın 2019-cu ili 1 milyon 350 min manatlıq xalis mənfəətlə başa vurub. 2018-ci ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 1 milyon 150 min manat təşkil edib. Belə ki, bankın xalis mənfəəti 2019-cu ildə 200 min manat və yaxud 17,4% artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ildə “NBC Bank”ın cəmi aktivləri 323 milyon 527 min olub ki, bu da 2018-ci ilin analoji dövrüylə müqayisədə 14% artım deməkdir. Bankın müştərilərə verdiyi kreditlər 246 milyon 917 min manat təşkil edib. Belə ki, “NBC Bank”ın kredit portfeli illik müqayisədə ötən il 21% artıb.
Ötən il bankın cəmi öhdəlikləri 2018-ci ilin eyni dövrünə nisbətən 17% artaraq 263 milyon 730 min manat, cəmi kapitalı isə 3% artaraq 59 milyon 797 min manat olub. “NBC Bank”ın depozit portfeli isə 2019-cu ildə 34% artıb.
Bankın faiz gəlirləri 19 milyon 400 min manat, qeyri-faiz gəlirləri 4 milyon 598 min manat, faiz xərcləri 15 milyon 346 min manat, qeyri-faiz xərcləri 9 milyon 67 min manat olub.