15 C
Baku
Sunday, November 24, 2024

Yapı Kredi Bank Azərbaycan bankomatlarının yenilənmiş və zənginləşdirilmiş xidmət menyusu istifadənizdədir!

Hər zaman müştərilərin rahatlığını düşünən Yapı Kredi Bank Azərbaycan xidmət səviyyəsini daha da artırmaq məqsədilə bankomatların xidmət menyusunu zənginləşdirmişdir.

Artıq  müştərilər banka getmədən, 7/24  çoxsaylı maliyyə əməliyyatlarını yerinə yetirə biləcək, hesablarına nəzarət etmək imkanı əldə edəcəklər. Yapı Kredi Bank Azərbaycan bankomatları olduqca geniş və istifadəsi asan olan menyuya malikdirlər.

Yenilənmiş menyu  aşağıdakı kimidir:

  • Worldcard menyusu:

–       Hissə – Hissə Nağd Avans: 2 aydan 12 aya qədər seçim edərək hissəli nağd avansın alınması

–       Worldcard  Ödəməsi: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə istənilən şəxsin adına olan Worldcard borcunun 3 valyuta üzrə ödənilməsi

–       Cari Hesablarım:Worldcard – ınızı bankomata daxil etməklə bankımızda olan cari hesablarınızın balansına baxılması və cari hesablardan pul çəkilməsi.

Qeyd:Worldcard vasitəsilə cari hesablarda əməliyyat aparılması xidmətini aktiv etmək üçün *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

–       Hesab bildirişi: Hesab faktura dövrü boyunca həyata keçirilən bütün əməliyyatların siyahısının çap edilməsi və yaxud bankomatın ekranından izlənilməsi

–       Nağd Avans: Worldcard limitindən nağd avansın çəkilməsi

–       Limit – Balans: Worlcard – ınızın limitinə nəzarət edilməsi

–       Digər Xidmətlər:Kartın pin kodunun dəyişdirilməsi və yüklənməsi

  • Pulkart menyusu:

–           Təcili Nağd – 20 AZN:  Bu düyməni seçməklə dərhal 20 AZN məbləğin Pulkartın balansından çəkilməsi

–       Worldcard  Ödəməsi: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə istənilən şəxsin adına olan Worldcard borcunun 3 valyuta üzrə ödənilməsi

–           Pul Köçürmələri:  Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə bankdaxili hesablara  pul köçürülməsi

–           Nağd Çıxarma: Pulkart balansından nağd pulun  çəkilməsi

–           Balans: Pulkart balansına nəzarət edilməsi

–           Digər Xidmətlər:Kartınız pin kodunun dəyişdirilməsi və yüklənməsi

Bankomatlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat almaq üçün 7/24 rejimdə fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər