Parisin ən əsas görməli yerlərindən biri olan – Eyfel qülləsi xidmət personalının pensiya islahatına qarşı keçirilən tətillərdə iştirak etməsi səbəbindən bağlanıb. Bu barədə “Le Figaro” qəzeti yazıb.
“İş yerində olan personal ziyarətçiləri optimal təhlükəsizlik şəraitində yerləşdirməyə imkan vermir”, – qüllənin operator-kompaniyası “SETE” bildirib.
Bu, ötən ilin dekabrından bəri Eyfel qülləsinin sayca üçüncü bağlanışıdır. Qafqazinfo.az