21 C
Baku
Saturday, May 4, 2024

İlon Maskın sərvəti 32 mlrd. dollara çatıb

Biznesmen İlon Maskın sərvəti bir həftə ərzində 1,7 milyard dollar artıb və 32 milyard dollara çatıb.

Bu barədə “Forbes” bildirib.

Qeyd edilir ki, belə göstərici Maskın 22% səhmə malik olduğu “Tesla” şirkətinin kapitallaşmasının artımı hesabına qeyd edilib.

Məlum olub ki, bir həftə ərzində şirkətin bazar qiyməti 16% artıb və 100 milyard dollara çatıb.

Belə sıçrayış “Tesla”ya dünyanın avtomobil şirkətləri arasında kapitallaşdırma üzrə ikinci yeri tutmağa imkan yaradıb. Birinci yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər