Əfsanəvi basketbolçu Kobe Brayant helikopter qəzasında ölüb

İki qat Olimpiya çempionu, Amerika Milli Basketbol Liqasının (NBA) beşqat çempionu, amerikalı Kobe Brayant ABŞ-da helikopter qəzasında ölüb. Bu barədə “TMZ” məlumat verib.

Dünya basketbolunun əfsanələrindən olan 41 yaşlı Kobe Brayantın şəxsi helikopteri Los-Anceles (Kaliforniya) yaxınlığında qəzaya uğrayıb. İdmançı da daxil olmaqla 5 nəfər həyatını itirib.

Bildirilib ki, qəza zamanı ölənlərdən biri basketbolçunun 13 yaşlı qızı Gianna Brayantdır. Onların helikopterlə məşqə getdikləri güman edilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər