6 C
Baku
Sunday, December 15, 2024

“Sabina” parfümeri “İDEAL”a satıldı

“Sabina” mağazalar şəbəkəsi satılıb.  “Sabina” mağazaları “İDEAL” Parfumery and Cosmetics tərəfindən alınıb.

Sövdələşmənin qiyməti hələki məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da məlumdur. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib. Bu barədə ENA.az yazır.

Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.

Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha əvvəl fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.

Əldə etdiyimiz məlumata görə, hazırda İDEAL mağazalar şəbəkəsi hüquqi cəhətdən “ADORE KOMPANİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Şirkət 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 3 milyon 200 min manat təşkil edir.

“ADORE KOMPANİ”nin qanuni təmsilçisi isə Samir Yalçın oğlu Əliyevdir.

“Sabina” mağazalar şəbəkəsi isə 1994-cü ildə yaradılıb. “Sabina” parfümeriya şirkətlər qrupunun prezidenti Fuad Şıxəliyev 4 ay bundan əvvəl ürəktutmasından Fransanın Kann şəhərində vəfat edib.

Əldə etdiyimiz məlumata görə, bundan sonra şirkətin işlərində axsama qeydə alınıb və mərhumun ailəsi xaricdə yaşadıqları üçün onlar Azərbaycandakı bizneslərini satmaq qərarına gəliblər.

Qeyd edək ki, Fuad Şıxəliyev azərbaycanlı milyarder Araz Ağalarovun dayısı nəvəsidir.

Son xəbərlər
Digər xəbərlər