“AccessBank” QSC-nin depozit portfeli 2019-cu il ərzində 61 milyon manata yaxın, yəni, 31% böyütməklə 661 milyon manata yaxınlaşıb.
Bu barədə Banker.az Bankın illik maliyyə göstəricilərinə istinadən xəbər verir.
Bank bununla yanaşı depozitlərin böyüməsinə rəğmən cəmi öhdəlikləri həcmi 2% kiçilməklə 803 milyon manata salıb. Səbəb isə bankın digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditlərinin 6,3 dəfə kiçildməklə 33,14 milyon manat təşkil edib.
“AccessBank”ın digər bank və maliyyə qurumları qarşısında hazırda öhdəliyi 62,1 milyon və bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri 22 milyon manat təşkil edir.
Bank bildiyimiz kimi bir neçə ildir ki, ili zərərlə bitirir. Geridə qoyduğumuz 2019-da bank 89,7 milyon manatlıq zərərlə hesabatı bitirməli olub. Lakin, bu zərərin səbəbi bildiyimiz kimi bankın 103,5 milyon manatlıq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar hesabınadır.
Bununla yanaşı “AccessBank”la bağlı müsbət bir məqam əməliyyatının mənfəətli bitirməsidir. Ötən ilin 12 ayı ərzində bank 13,8 milyon manatlıq əməliyyat mənfəəti edib. Halbu ki, 2018-ci ildə 33 milyon manatlıq əməliyyat zərəri etmişdi.
Belə ki, bankın 48,1 milyon manatlıq xalis faiz gəliri, 27,9 milyon manatlıq qeyri-faiz gəliri var ki, bu da 76 milyon manatlıq cəmi gəliri deməkdir.
“AccessBank” 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).