2 C
Baku
Saturday, December 14, 2024

«PASHA Bank Cup» proqramçılar müsabiqəsinin qalibləri açıqlanıb®

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə proqramçılar üçün ilk dəfə keçirilən “PASHA Bank Cup” müsabiqəsinin nəticələrini açıqlayıb. Yanvar ayının 25-də Bakı Mühəndislik Universitetində keçirilən proqramlaşdırma yarışmasının sonuncu mərhələsində 38 finalçı iştirak edib.

Azərbaycanın proqramlaşdırma sahəsinin aparıcı mütəxəssisləri 4 saat müddətində 8 alqoritmik tapşırıqdan ibarət olan yarışmada öz qüvvələrini sınayıb. Müsabiqənin nəticələri münsiflər heyətində təmsil olunan Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov və PAŞA Bankın Rəqəmsal Laboratoriyasının baş proqramçısı Rəşad Əmircanov tərəfindən açıqlanıb. Beləliklə, fərqli kateqoriyalar üzrə göstəriciləri ən yüksək olan və tapşırıqları ən tez cavablandıran 10 iştirakçı qalib elan edilib.

«PASHA Bank Cup» yarışmasının qaliblərinin adları:

Yer Nəticə (%) Mükafat
Kateqoriya: peşəkarlar

Fərid Əhmədov

1 100 Apple Macbook Pro 15.4 2018 Touch
Rəşad Məmmədov 2 100 Apple iPad 9.7 32Gb Wi-Fi Grey
Eldar Mustafayev 3 75.82 Apple AirPods 2
Kateqoriya: tələbələr
Ülvi Aslanlı 1 100 Apple iPad 9.7 32Gb Wi-Fi Grey
Nicat Hüseynov 2 77.56 Apple AirPods 2
Kamal Bağırlı 3 69.56 E-reader Pocketbook 614 Black
Kateqoriyaşagirdlər
Murad Eynizadə 1 100 Apple AirPods 2
Əziz Hüseynov 2 100 E-reader Pocketbook 614 Black
İbrahim Tağızadə 3 82.6 Xiaomi Mi Band 4
Hüseyn Hacıyev 4 82.6 Xiaomi Mi Band 4

Qeyd edək ki, proqramçılar üçün nəzərdə tutulan «PASHA Bank Cup» müsabiqəsi Bakı Mühəndislik Universitetinin dəstəyi ilə həyata keçirilib. Bundan əvvəl keçirilən 4 təsnifat mərhələsi online şəkildə HackerRank platforması üzərindən keçirilib. Bu mərhələlərdə ümumi olaraq 163 nəfər iştirak edib.

PAŞA Bank Azərbaycanda proqramlaşdırma sahəsinin daha da inkişaf etdirilməsini, bu sahədə çalışan mütəxəssislərin, təhsil alan tələbələrin, eləcə də şagirdlərin daha dərin biliklərə və peşəkar bacarıqlara yiyələnməsini hədəfləyən müsabiqələri müntəzəm olaraq keçirmək niyyətindədir.

pasha2pasha1

Son xəbərlər
Digər xəbərlər