11 C
Baku
Wednesday, November 13, 2024

Fərdi sahibkarlıqda qadınların daha aktiv olduğu bölgələr (SİYAHI)

Azərbaycanda ən 100 nəfər üzrə ən çox qadın fərdi sahibkar Gəncə-Qazax iqtisadi rayonuna düşür

Banker.az xəbər verir ki, fərdi sahibkar qadınların 33,1 faizi Bakıda, 17,1 faizi Aran, 15,9 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişdir.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5%), Gəncə-Qazax (25,6%) və Lənkəran (22,3%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Başqa bir formada hesablasaq hər 100 nəfər üzrə 28-i qadın sahibkardır. Bu gpstərici üzrə ən yüksək rəqəm Gəncə-Qazax iqtisadi rayonunun payına düşür. Burada hər 100 fərdi sahibkardan 34-ü qadın sahibkardır. Dağlıq-Şirvan iqtisadi rayonda isə hər 100 fərdi sahibkardan 19-u qadındır.

İqtisadi rayonlar  Kişi Qadın Hər 100 nəfərdən… (qadın) 
CƏMİ           716,316         198,305 28
Gəncə-Qazax iqtisadi rayonu            91,480           31,559 34
Bakı          213,655           65,654 31
Lənkəran iqtisadi rayonu            67,814           19,468 29
Şəki-Zaqatala iqtisadi rayonu            43,027           11,687 27
Naxçıvan Muxtar Respublikası            23,104             6,171 27
Kəlbəcər-Laçın iqtisadi rayonu              2,090                 545 26
Abşeron iqtisadi rayonu            39,847           10,314 26
Quba-Xaçmaz iqtisadi rayonu            41,989           10,817 26
Aran iqtisadi rayonu          152,365           33,973 22
Yuxarı Qarabağ iqtisadi rayonu            17,822             3,739 21
Dağlıq Şirvan iqtisadi rayonu            23,123             4,378 19
Son xəbərlər
Digər xəbərlər