24 C
Baku
Monday, September 30, 2024

“Facebook” sosial şəbəkədə aktiv olmayan istifadəçiləri izləyir

“Facebook” istifadəçilərinin İnternetdə etdiklərini izlədiyini etiraf edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin korporativ saytında deyilir.

Şirkətdən verilən məlumata görə, “Facebook” biznes alətlərindən istifadə edərək, sosial şəbəkəyə girməyən, lakin digər İnternet resurslarından yararlanan insanların fəaliyyətini təhlil edir. Xüsusilə, hər hansısa malın axtarışı, səbətə əlavə edilməsi, satınalma, habelə ianə etmək barədə məlumatlar araşdırılır.

“Növbəti on il üçün əsas hədəflərimizdən biri Facebook-da məxfi məlumatların qorunmasını təmin etməkdir”, – şirkət izah edir.

 “Növbəti bir neçə həftə ərzində dünyada təxminən 2 milyard insana konfidensiallıq parametrlərini görmək üçün dəvət göndəriləcək. Dəvət xəbər lentində göstəriləcək və istifadəçi konfidensiallığını yoxlanılması alətinə yönləndiriləcək”, – açıqlamada deyilir.

Son xəbərlər
Digər xəbərlər