10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın ötənilki ixracında liderlik edən məhsullar və ölkələr açıqlanıb

2019-cu ildə Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon ABŞ dolları) üçüncü olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

Sənədə əsasən, ötən il meyvə-tərəvəz ixracı 605,8 milyon dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon dollar, pambıq lifi ixracı 124 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 102,9 milyon dollar, elektrik enerjisinin ixracı 76,8 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon dollar, pambıq ipliyi ixracı 30,2 milyon dollar, şəkər ixracı 26,9 milyon dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon dollar təşkil edib.

Əvvəlki ilə nisbətən pambıq lifinin ixracı 54%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51%, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46%, kimya sənayesi məhsullarının ixracı 32%, pambıq ipliyinin ixracı 27%, elektrik enerjisi ixracı 17%, alüminium və ondan hazırlanan məmulatların ixracı 14%, şəkər ixracı 8%, meyvə-tərəvəzin ixracı 8% artıb.

2019-cu ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 16 milyon dollar və yaxud 10% artıb. 2019-cu ilin dekabr ayında qeyri-neft-qaz məhsulları ən çox mal Rusiyaya (68,3 milyon dollar), Türkiyəyə (38,4 milyon dollar), İsveçrəyə (15,1 milyon dollar), Gürcüstana (8,5 milyon dollar) və Özbəkistana (6,7 milyon dollar) ixrac edilib. 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon dollar) birinci, xurma (20,1 milyon dollar) ikinci, pambıq mahlıcı (14,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər