8 C
Baku
Thursday, December 12, 2024

Yenidən maliyyə sektorunun ən böyük vergi ödəyicisinə çevrilir — 72 milyon manat!

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu il ərzində 441,94 milyon manatlıq faiz gəliri əldə edib – bu öncəki ilin analoji dövrü ilə müqayisədə 6,5 fazilik artımın olması deməkdir.

Banker.az bu barədə Bankın ötən ilin maliyyə göstəriciləri üzrə açıqlamasına istinad edir.

Geridə qalan il ərzində 98,16 milyon manat faiz xərci, 143,41 milyon manatlıq qeyri-faiz xərci və 165,67 milyon manat qeyri-faiz xərci çəkib. Bu isə bankın il ərzində 321,52 milyon manatlıq əməliyyat mənfəət etməsi deməkdir. Bununla yanaşı ölkənin ən böyük bankı 53,27 milyon manat da əlavə problemli kreditlərdən geridöşdə qazanıb ki, bankın mənfəətinin 374,79 milyon manat etməsi deməkdir.

Beynəlxalq Bank mənfəətdən 72,47 mənfəət vergisi ödədikdən sonra illik xalis mənfəəti  302,32 milyon manat olub. Doğrudur, bu öncəki ildəki göstəricidən (425,84 milyon manat) xeyli azdır, lakin, həmin müddətdə balansında 130,29 milyonluq yığılmış zərər olduğu üçün bank dövlətə vergi ödəməmişdi.

Hazırda ölkədə maliyyə sektoru üzrə ən böyük vergi ödəyicisinə çevrilir. Azərbaycanda “PAŞA Bank”, “Xalq Bank” və “Kapital Bank” kimi iri maliyyə təşkilatlarının böyük mənfəətli bank olmasını nəzərə alsaq bu banklar 3-ü bir yerdə cəmi 63,89 milyon manatlıq xalis mənfəət vergisi ödəyiblər.

Son xəbərlər
Digər xəbərlər