Sosial şəbəkənin 2019-cu il üçün xərcləri əvvəlki il ilə müqayisədə 51% yüksək olub.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, “Facebook” qiyməti kağız sahiblərini məyus edib. Postmarketdə texnologiya nəhənginin kotirovkaları gəlirlərin azalması, xərclərin isə kəskin artması səbəbindən demək olar ki, 7% ucuzlaşıb.
Xatırladaq ki, 2019-cu ildə şirkət ümumilikdə 46,71 milyard dollar xərcləyib və bu, 2018-ci il ilə müqayisədə 51% çoxdur.
Qeyd edildiyi kimi, bir səhmdən cəmi 2,56 dollar qazanc əldə edilib. 2018-ci ildə bu göstərici 2,53 dollar olub. Sosial şəbəkənin aktiv istifadəçilərinin sayı 1,66 milyard nəfər təşkil edib.
Göstəricilərin gözləntilərdən aşağı olmasının əsas səbəbi kimi tənzimləyicilərin sonsuz “hücumları” göstərilir.