“Google” da Çindəki ofislərini bağlayır

“Google” koronavirusu ilə əlaqədər Çindəki ofislərini ölkədə keçirilən bayramlardan sonra bağlayacaq.

“Google”un nümayəndəsi bu tədbirləri Çin hökumətinin təlimatlarına əməl edildiyi ilə izah edib. Şirkət Çini tərk edən və yaxınlarda ölkədən gələn işçilərinə, ən azı 14 gün evdən işləməklərinə göstəriş verib.

Çindəki 4 ofisdən başqa, “Google” şirkətinin Honkong və Tayvandakı nümayəndəlikləridə bağlanacaq.

©Trend

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər