2019-cu ildə qızıl hasilatı 1% azalıb və bu, dünyanın əsas qiymətli metalının istehsalındakı enişdən xəbər verir.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Qızıl Şurasının verdiyi məlumata görə, 2019-cu ildə 3,463 min ton qızıl hasil olunub.
Qeyd edək ki, son dəfə belə bir eniş 2008-ci ildə qeydə alınmışdır.
Tarixən qızıl istehsalı daim artmaqda olub – 1970-ci ildən başlayaraq. 2008-ci ildə hasilatın azalması gözlənilməz xarakter kəsb etməmişdir, çünki həmin ildə bütün dünyanı iqtisadi böhran bürümüşdü.
Mütəxəssislərin fikrincə, bundan sonra qızıl istehsalı hər il azalmağa davam edəcək. Son bir neçə ildə qızıl istehsalçısı olan şirkətlər hasilat üçün əlçatan olan ehtiyatların aşkarlandığını bildirirlər.
Buna misal olaraq Cənubi Afrika Respublikasını misal göstərmək olar. Xatırladaq ki, CAR dünyanın ən böyük qızıl istehsalçılarından biridir. 2018-ci ildə keçirilən tədqiqatın nəticələrinə görə, ölkədə qızıl ehtiyatlarının növbəti 40 ildə tükənəcək.
Bu gün ən böyük qızıl istehsalçıları sırasında Çin liderlik edir. Lakin Çində də həmçinin qızıl istehsalının 6% düşməsi qeydə alınmışdır və bu eniş üç ildir davam edir.
Təklifin azalması “sarı metalın” qiymətinin artmasına gətirib çıxara bilər