Uğurlu karyeranın elementlərindən biri də xaricdə təhsildir. Bu – zaman ilə sınanılmış reseptdir. Müasir dövrdə MBA təhsili demək olar ki, bütün qapıları açır.
Xaricdə biznes təhsilin əsas üstün cəhəti onun təcrübə ilə sıx əlaqəli olmasıdır. Mühazirələr müxtəlif şirkət və sahə mütəxəssisləri tərəfindən deyilir. Beləliklə, tələbələr “biznes pərdəsinin arxasına” baxmaq imkanını əldə etmiş olurlar, həmin sənaye sahəsinin aktual problemlərini öyrənirlər və həqiqətən də faydalı məsləhətlərdən yararlanmaq imkanını qazanırlar.
Sözsüz ki, bir çox ölkədə biznes məktəblər var. Düzgün seçim etmək üçün beynəlxalq reytinqdən istifadə etməyiniz məqsədəuyğun olar.
“Financial Times” nəşrinin Global MBA proqramı üzrə 2020-ci ilin ən yaxşı məktəblərinin reytinqi:
Yer | Məktəbin adı | Ölkə | Orta əmək haqqı* (illik) | Əmək haqqının** artımı (%) |
1 | Harvard Business School | ABŞ | 210,110 | 110 |
2 | University of Pennsylvania: Wharton | ABŞ | 211,543 | 107 |
3 | Stanford Graduate School of Business | ABŞ | 222,625 | 117 |
4 | Insead | Fransa /Sinqapur | 181,277 | 101 |
5 | Ceibs | Çin | 185,103 | 187 |
6 | MIT: Sloan | ABŞ | 197,177 | 119 |
7 | London Business School | İngiltərə | 171,492 | 105 |
8 | Columbia Business School | ABŞ | 202,238 | 115 |
9 | HEC Paris | Fransa | 164,529 | 133 |
10 | University of Chicago: Booth | ABŞ | 191,679 | 123 |
11 | Northwestern University: Kellogg | ABŞ | 186,438 | 109 |
12 | University of California at Berkeley: Haas | ABŞ | 193,630 | 110 |
13 | Iese Business School | İspaniya | 151,347 | 119 |
14 | Yale School of Management | ABŞ | 178,829 | 128 |
15 | National University of Singapore Business School | Sinqapur | 167,070 | 148 |
16 | Dartmouth College: Tuck | ABŞ | 177,819 | 112 |
17 | Duke University: Fuqua | ABŞ | 174,070 | 123 |
18 | University of Virginia: Darden | ABŞ | 170,240 | 128 |
19 | University of Cambridge: Judge | İngiltərə | 162,662 | 95 |
20 | HKUST Business School | Çin | 157,025 | 113 |
* tələbənin təhsil müəssisəsini bitirdikdən 3 il sonra aldığı orta illik əmək haqqı;
** tələbənin gəlirlərinin MBA proqramına daxil olduğu vaxtdan sorğunun keçirildiyi vaxta qədər göstərdiyi artım;